Yuxarı
loading...
loading...

"Neftin qiyməti 100 dolları ötəcək"

14.04.2018 10:51 Oxunma sayı: 1520


Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda neftin bir barrelinin qiyməti yaxın zamanda 100 dollara çatacaq.
 
Bu barədə ABŞ-ın "CNBC” telekanalının neft-qaz sektoru  analitiki açıqlama verib.
 
"Yaxın Şərqdə nə isə baş versə, neft qiyməti üçrəqəmli göstəricilərə qalxacaq. Bu ssenarinin tam real olduğunu hesab edirəm”,- deyə "Akap Energy” analitik şirkətinin təsisçisi Aniş Kapadiya bildirib.
 
O, hələ bundan təxminən il yarım əvvəl neft qiymətinin 60-70 dollara çatacağını proqnozlaşdırdığını xatırladıb.  Kapadiyanın sözlərinə görə, həmin vaxt bazar iştirakçıları onun bu proqnozunu məsxərəyə qoysa da, sonra bu reallığa çevrildi.
 
London ICE birjasında Bakı vaxtı ilə 20:45-ə olan sövdələşmələrin yekunlarına görə, neftin iyun ayına olan tədarük qiyməti (füçers) 72,45 dollar təşkil edib.  Aprelin 11-də 2014-cü ildən bəri ilk dəfə olaraq "Brent” markalı neft 73 dollara qədər bahalaşmışdı.

loading...