Yuxarı
loading...
loading...

Eks-aparıcı ABŞ-da restoran açıb FOTOLAR

12.04.2018 22:47 Oxunma sayı: 2492


Uzun illərdir ki, efirlərdən uzaq düşən və Amerikaya yerləşən aparıcı Ramal Hüseynov restoran açıb.

Bu haqda sosial şəbəkədə yazan eks-aparıcı çoxdankı arzusunu reallaşdırdığını bildirib: “Hər zaman televiziya və ümumiyyətlə, mediadan sonra sevdiyim iş restoran biznesi olub. İçimdə nədənsə hər zaman restoran sevgisi olub. Azərbaycanda restoran açıb, azərbaycanlılara xidmət etmək imkanım olmadı. Amma qismət Amerikada amerikalılara və xaricilərə imiş. Müştərilərim də hələ ki, çox məmnundur. Dizayn da özümüzə məxsusdur. Lüsturlar, lampalar və butulkalar da öz əl işimdi, biləsiniz”.

Qeyd edək ki, R. Hüseynov sosial verilişlərin aparıcısı kimi tanınıb. O son olaraq APA TV-də aparıcılıq edib.

 

 

 
 
 

 


loading...