Yuxarı
loading...
loading...

AFFA AVRO-2020 üçün stüard təlimçilər hazırlamağa başladı

12.04.2018 21:25 Oxunma sayı: 1352


Bu gündən etibarən Bakı Olimpiya Stadionunda UEFA-nın və AFFA-nın təşkilatçılığı ilə stüard təlimçilərinin hazırlanması məqsədilə seminar başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Premyer Liqasında iştirak edən klubların, Bakı Olimpiya Stadionunun və AFFA-nın əməkdaşları iştirak edir.

2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa və AVRO-2020-nin paytaxtımızda təşkil olunacaq dörd qarşılaşmasına hazırlıq çərçivəsində təşkil olunmuş təlimin əsas məqsədi təhlükəsizlik, mühafizə və xidməti özündə birləşdirən müasir stüard sisteminin formalaşdırılması üçün təcrübəli təlimçilərin hazırlanmasıdır.

Qeyd edək ki, seminar aprelin 16-da başa çatacaq. Analoji tədbirlər 2020-ci ilə qədər bir neçə dəfə təşkil olunacaq.


loading...