Yuxarı
loading...
loading...

İnyesta Çin klubu ilə müqavilə bağlayıb?

12.04.2018 16:27 Oxunma sayı: 1348


"Barselona"nın kapitanı Andres İnyesta Çin klubuna keçməyə yaxındır.

 "Sky Sports "yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi “Tyantszin Tsyuantsyan” klubu ilə 3 illik müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə görə, tərəflər anlaşmanı daha bir illiyinə uzada bilərlər. İspaniya millisinin üzvü ilinə 37 milyon avro qazanacaq.

Qeyd edək ki, İnyesta Çempionlar Liqasının 1/4 finalının “Roma” ilə cavab oyunundan sonra verdiyi açıqlamada "Barsa"dan ayrılacağına işarə etmişdi.


loading...