Yuxarı
loading...
loading...

Liderlər İlham Əliyevi təbrik edir

12.04.2018 12:11 Oxunma sayı: 1261


09:55

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi seçkidə qazandığı qələbə münasibətilə təbrik edib.

Bu bardə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Səsvermənin nəticəsi seçicilərin güclü və çiçəklənən Azərbaycanın qurulması istiqamətində aparılan ardıcıl siyasətlə yüksək həmrəyliyini təsdiq etmiş oldu. Əminəm ki, Sizin dövlət başçısı kimi məsul vəzifədəki fəaliyyətiniz bundan sonra da ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun artırılmasını təmin edəcək, dost Belarus-Azərbaycan dövlətlərinin münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcək”, - təbrikdə qeyd olunub.

Lukaşenko həmçinin İlham Əliyevə möhkəm can sağlığı, xoşbəxtlik, tükənməz enerji və nəzərdə tutulan planların həyata keçirilməsində uğurlar arzulayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edirəm.

Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko özünün Tvitter səhifəsində yazıb.

“Ümid edirəm ki, Ukrayna-Azərbaycan strateji əməkdaşlığı daha da möhkəmlənəcək. Prezident Əliyevi səbirsizliklə Kiyevdə gözləyirəm!”, - Poroşenko bildirib.

Qeyd edək ki, ötən gün seçkilərin ilkin nəticəsi açıqlanandan dərhal sonra Rəcəb Tayyib Ərdoğan telefon açaraq, İlhəm Əliyevi təbrik etmişdi.

***

Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Tacikistan Prezidenti İmaməli Rəhman, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik ediblər.


loading...