Yuxarı
loading...
loading...

Bu gün Azərbaycan öz prezidentini seçəcək

11.04.2018 09:13 Oxunma sayı: 1504


Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.

Mərkəzi Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur.

Seçkiləri 871 beynəlxalq, 57 373 yerli müşahidəçi izləyəcək.

Prezident seçkisi ilə bağlı 4 təşkilat ekzit-poll keçirəcək. Bunlar “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Uey” təşkilatıdır.

Qeyd edək ki, bu, ölkəmizin müstəqillik tarixində 8-ci prezident seçkisidir. Bundan öncə 1991, 1992, 1993, 1998, 2003, 2008, 2013-cü illərdə prezident seçkiləri keçirilib.


loading...