Yuxarı
loading...
loading...

"Atletiko"nun futbolçusu "Qarabağ"la bağlı rekordu yeniləyə bilməyib

06.04.2018 23:48 Oxunma sayı: 1501


İspaniyanın "Atletiko Madrid" klubunun futbolçusu Koke klub tarixinin ən erkən qoluna imza atıb.

Bu, Portuqaliya "Sportinq"i ilə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. 

İspaniyalı yarımmüdafiəçi görüşün 22 saniyəsində fərqlənib. Lakin 26 yaşlı futbolçu "Qarabağ"la bağlı rekordu yeniləyə bilməyib. 

Avropa Liqasının ən erkən qolu 2016-2017-ci il mövsümündə qeydə alınıb. J qrupunda keçirilən "Qarabağ" - "Slovan" (2:2) matçında Çexiya təmsilçisinin futbolçusu Yan Sikora qarşılaşmanın 10-cu saniyəsində fərqlənib. 

Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında "Atletiko" "Sportinq"i 2:0 hesabı ilə məğlub edib.


loading...