Yuxarı
loading...
loading...

"Milan" klubu baş məşqçi ilə müqavilənin müddətini uzadıb

05.04.2018 23:31 Oxunma sayı: 1585


İtaliyanın "Milan" klubu baş məşqçi Cennaro Qattuzo ilə yeni müqavilə imzalayıb.

İtaliyalı mütəxəssisin müqaviləsi 2021-ci il iyunun 30-na kimi nəzərdə tutulub.

Razılaşmaya əsasən, 40 yaşlı məşqçi illik 2 milyon avro qazanacaq.

Qeyd edək ki, Cennaro Qattuzo 2017-ci ilin noyabrında Vinçentso Montellanın əvəzinə bu vəzifəyə təyin olunub. Onun rəhbərliyi altında "Milan" klubu 25 matçda 13 qələbə, 6 heç-heçə və 6 məğlubiyyət əldə edib. Komanda İtaliya çempionatında 51 xalla 6-cı pillədə qərarlaşıb.


loading...