Yuxarı
loading...
loading...

Moskvada ticarət mərkəzi yanır: Ölən və yaralananlar var - Video

04.04.2018 15:30 Oxunma sayı: 1617


14:35

Moskvanın şərqində yerləşən “Persey” ticarət mərkəzində yanğın başlayıb.

Bu barərə RİA Novosti məlumat verib. Xilasedicilər binada olanları təxliyə etməyə çalışır.

Xəsarət alanların olduğu bildirilir.

“Yanğın 2-ci dərəcəli təhlükə kimi qeydə alınıb. Xəsarət alanlar var, mərkəzdə olanlar xilasedici pilləkənlər vasitəsilə təxliyə olunur”, - agentliyə bildirilib.

***

Əldə olunan son məlumata görə, yanğın zamanı ticarət mərkəzinin bir əməkdaşı həlak olub, xilasetmə xidmətinin 3 əməkdaşı isə yaralanıb.

Qeyd edək ki, martın 25-də Kemerovodakı "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın nəticəsində 41-i uşaq olmaqla 64 nəfər həlak olmuşdu.


loading...