Yuxarı
loading...
loading...

Putin savaşa hazırlaşır: Ehtiyat hərbçilər orduya çağırıldı

19.03.2018 23:13 Oxunma sayı: 1511


Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin təcili hərbi hazırlığa çağırılması barədə fərman imzalayıb.

Bu barədə Rusiyanın rəsmi agentliyi məlumat yayıb.

"Ehtiyatda olan Rusiya Federasiyası vətəndaşları hərbi təlim keçmək üçün hərbi xidmətə çağrılsın", - Putinin imzaladığı fərmanda qeyd edilir.

Hərbi təlimin tarixi barədə məlumat verilməsə də, təlimin 2 aya qədər davam edəcəyi bildirilib. Hərbçilər Silahlı Qüvvələr, Dövlət Mühafizə Xidməti və xüsusi-xidmət orqanlarında təlim keçəcək.

Bəzi ekspertlər Putinin seçkilərdən dərhal sonra verdiyi bu qərarı “müharibəyə hazırlıq” və “daha aqressiv siyasətin görüntüsü” kimi dəyərləndiriblər.


loading...