Yuxarı
loading...
loading...

Məşhur akrobat yerə çırpılaraq öldü - VİDEO

19.03.2018 13:56 Oxunma sayı: 1482


“Cirque du Soleil”in akrobatı Floridada çıxışı zamanı yüksəklikdən yıxılaraq dünyasını dəyişib.

Bu barədə WFLA telekanalı informasiya yayıb.

Məlumata görə, 38 yaşlı artist Yann Arno həlqələrlə nisbətən sadə bir fənd həyata keçirərkən yıxılıb. Arno xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Sirk əməkdaşları Yann Arnonun təcrübəli bir akrobat olduğunu və bu sahədə 15 il təcrübəyə malik olduğunu bildiriblər.

“Sirkin bütün əməkdaşları bu faciədən şoka düşüb. Yann 15 ildən çox müddətdir ki, bizimlə idi və onu tanıyan hər kəsin sevimlisi idi”, - sirkin direktoru Daniel Lamarre deyib.


loading...