Yuxarı
loading...
loading...

Prezident İlham Əliyev Putini təbrik etdi

19.03.2018 13:42 Oxunma sayı: 1496


Prezident İlham Əliyev Rusiyada keçirilən prezident  seçkilərinin qalibi Vladimir Putini təbrik edib. 
 
Təbrikdə deyilir: “Federasiyasının prezidenti seçkilərində inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
 
Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun olduğunu və ölkədə sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsinə, irimiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə kömək edən uzunmüddətli sosial proqramların reallaşmasına yönəldilmiş kursunuzun fəal dəstəkləndiyini təsdiq edir.
 
Azərbaycan ilə Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. Sevindirici haldır ki, bizim dövlətlərarası münasibətlər bu gün bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu münasibətlərin, bütövlükdə Azərbaycan ilə Rusiya arasında hərtərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin genişlənməsinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm.
 
Əminəm ki, Azərbaycan ilə Rusiya arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsi üzrə birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqlarına, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin təmin olunmasına bundan sonra da kömək edəcək.
 
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm”.

loading...