Yuxarı
loading...
loading...

Azərbaycan əhalisinin sayı 10,2 milyon nəfərə çatacaq

18.03.2018 10:45 Oxunma sayı: 1453


"Ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artaraq, 2020-ci ildə təxminən 10,2 milyon nəfərə çatacağı gözlənilir".

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.

"Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası yaxın perspektivlər üçün dövlətimizin inkişaf hədəflərini və prioritetlərini müəyyən edən rəsmi dövlət sənədi kimi özündə miqrasiya problemi ilə bağlı məsələləri də əks etdirir. 11 bölmədən ibarət Konsepsiyada dövlətin milli təhlükəsizliyinin prioritet istiqaməti kimi miqrasiya ilə bağlı müddəalara mühüm yer ayrılır. Ona görə ki, geniş imkanlarla yanaşı, özü ilə böyük riskləri də gətirən qloballaşma beynəlxalq miqyasda istehsalın, ticarətin, kapital axınının və əmək miqrasiyasının sərbəstləşməsi tendensiyalarını kəskin artırıb. Bu baxımdan konsepsiyada problemin mahiyyətini açmağa və qarşı- ya qoyulan məqsədə çatmağa nail olmaq üçün düzgün olaraq müəyyən edilib ki, əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementləridir və təbii ki, Azərbaycan xalqının genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından olduqca mühümdür. Konsepsiyanın əhatə etdiyi dövrdə ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artaraq, 2020-ci ildə təxminən 10,2 milyon nəfərə çatacağı gözlənili", - deyə o bildirib.

Xidmət rəisinin sözlərinə görə, konsepsiyada nəzərdə tutulmuş məqsədlərə çatmaq üçün qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir:

"Bu mütərəqqi sənddə xaricdən işçi qüvvəsinin ölkəyə qanunsuz axınının qarşısının alınması, xarici ölkələrdə çalışan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq işlərin görülməsi də prioritet kimi müəyyən edilib. Əlbəttə, Dövlət Miqrasiya Xidməti bu istiqamətdə də öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəmir".


loading...