Yuxarı
loading...
loading...

Qəzadan sonra türk pilot İranda yoxa çıxdı – inanılmaz fakt

14.03.2018 14:44 Oxunma sayı: 1507


İranda qəzaya uğramış Türkiyənin "Başaran Holdinq"inə məxsus təyyarədə həlak olan şəxslərin cəsədləri səhər saatlarında Türkiyənin Tehrandakı səfirliyinə təhvil verilib.

Səfirlik 10 cəsədin Türkiyəyə göndərildiyini, təyyarənin pilotu Beril Qebeşinsə cəsədinin tapılmadığını bildirib:
“İlkin məlumatda 11 cəsədin tapıldığı bildirilib. Amma araşdırma zamanı qalıqların 10 nəfərə aid olduğu aydınlaşıb. Cəsədlər Bakı vaxtı ilə 08:00-da Atatürk aeroportunda qarşılanıb. Təyyarənin əsas pilotunun taleyi naməlum olaraq qalır”.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. Təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfərin olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayılıb.


loading...