Yuxarı
loading...
loading...

İstefaya göndərilən Tillersondan ilk açıqlama

13.03.2018 22:47 Oxunma sayı: 1323


"İstefaya göndərildiyimi tvitterdən öyrəndim. Hələ martın 31-nə qədər vəzifəmin başındayam.Trampla telefonla danışdım. Suriya və İraqda görəcək çox işlərimiz var. Müttəfiqsiz bunlar həyata keçirə bilmərik".

Bunu ABŞ Dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilməsinə dair prezident Donald Trampın qərarına münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu gün Dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edərək yerinə MKİ direktoru Mayk Pompeonu təyin edib. Sonuncunu isə xanım Cina Haspellə əvəzləyib.


loading...