Yuxarı
loading...
loading...

Azərbaycandan Türkiyəyə səyahət – Cəmi 29 avro

13.03.2018 18:32 Oxunma sayı: 1453


“Buta Eyrveys” Türkiyənin məşhur Alanya kurort zonasına aviareys açır.

Şirkətdən verilən məlumata görə, Alanyaya birbaşa uçuşlar iyunun 7-dən etibarən başlayır.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Alanya (Qazipaşa hava limanı) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar iyunun 7-dən etibarən həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Aviabiletləri artıq şirkətin rəsmi internet saytından, həmçinin satış ofislərindən əldə etmək mümkündür.


loading...