Yuxarı
loading...
loading...

Bəşər Əsədə məxsus hərbi qüvvələr İdlibə zərbə endirib ölən və yaralananlar var

13.03.2018 22:25 Oxunma sayı: 1363

Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi hava qüvvələrinin endirdiyi zərbə nəticəsində 5 dinc sakin ölüb, daha 15 nəfər yaralanıb.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, hava hücumu axşam saatlarında, İdlibdə baş verib. Hərbi hava qüvvələri Binniş, Maaret Misrin və Ram Hamdam bölgələrini atəşə tutub.

Hava zərbələrinin davam etdiyi bildirilir. Ölənlərin sayının artacağı qeyd edilir.


loading...