Yuxarı
loading...
loading...

Salyanda yol qəzası - Xəsarət alanlar var

13.03.2018 19:21 Oxunma sayı: 1521


Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında şəhərin Bayraq meydanı yaxınlığında qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Saatlı rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynov Fərid Şamil oğlu, Lerik rayon sakini, 1965-ci il təvəllüdlü Məmmədov Arzuman Çento oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


loading...