Yuxarı
loading...
loading...

İstanbul nəhənginin məşhur futbolçusu HƏBS OLUNA BİLƏR

13.03.2018 18:10 Oxunma sayı: 1565


“Beşiktaş”ın futbolçusu Caner Erkinə məhkəmə işi açılıb.

Buna səbəb futbolçunun Türkiyə Super Liqası çərçivəsində keçirilən “Beşiktaş”-“Başakşəhər” matçında hakim Mete Kalkavana qeyri-etik ifadələr işlətməsi olub.

Oyunun 87-ci dəqiqəsində hakim çıxardığı sarı karta əsəbiləşən futbolçunun 2 ilə qədər həbs cəzasına məhkum edilməsi tələb edilir.

Məhkəmə prosesə yaxın günlərdə son qərarı verəcək.


loading...