Yuxarı
loading...
loading...

ABŞ-da ilk dəfə MKİ-yə qadın rəhbərlik edəcək

13.03.2018 17:57 Oxunma sayı: 1196


ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə daha əvvəl direktor müavini kimi çalışmış Cina Haspeli təyin edib.

ABŞ mediası xəbər verir ki, bununla da MKİ-yə ilk dəfə qadın rəhbərlik edəcək.

Xatırladaq ki, daha əvvəl D.Tramp MKİ rəhbəri Mayk Pompeonu ABŞ dövlət katibi vəzifəsinə təyin edib.

Qeyd edilir ki, C.Haspel 1985-ci ildən idarədə çalışır, xaricdə böyük iş təcrübəsinə malikdir. O, xarici kəşfiyyat xidməti və antiterror mərkəzinin direktor müavini vəzifələrində işləyib.


loading...