Yuxarı
loading...
loading...

Binəli Yıldırımdan Azərbaycan sürprizi

13.03.2018 17:23 Oxunma sayı: 1469


Türkiyə baş naziri Binəli Yıldırım 14-15 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçiriləcək 6-ci Qlobal Bakı Forumunda iştirak etmək üçün, Azərbaycana səfər edəcək.

Bu haqda Türkiyə Nazirlər Kabineti məlumat yayıb.

Səfər çərçivəsində Binəli Yıldırımın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcəyi bildirilir.

6-ci Qlobal Bakı Forumuna qatılacaq digər xarici dövlət və hökumət başçıları ilə də ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulan Yıldırımın, mətbuat və iş dünyası ilə də görüşlər keçirəcəyi qeyd edilir. Binəli Yıldırım həmçinin, Bakı Forumunun açılış mərasimində və sonda “Güc: Böyük Güclər və Digərləri” mövzulu paneldə çıxış edəcək.


loading...