Yuxarı
loading...
loading...

“Zerkalo” onlayn formada işiə başladı

13.03.2018 15:00 Oxunma sayı: 1498


2014-cü ildə fəaliyyəti həmişəlik dayandırıldığı elan edilən çoxtirajlı "Zerkalo” qəzeti bu dəfə internet üzərindən fəaliyyətə başlayıb.
 
 
"Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı bildirib ki, uzun müddətdir sayt yaratmaq fikri var idi:
 
"Sadəcə olaraq məqam yetişməli idi. Bilirsiniz, təxminən iki il bundan əvvəl "ayna.az” saytı fəaliyyətə başladı. Lakin bu sayt xəbər portalı deyildi, ancaq köşə yazıları öz əksini tapırdı. "Ayna.az”ı bərpa edəndən sonra nəhayət "zerkalo.az” saytının fəaliyyəti üçün də şərait yarandı. Bizim rusdilli saytlar arasında bir zəiflik var. 
 
Ona görə də düşündüm ki, bu zəifliyin yerini doldurmaq lazımdır. Hələ təzə başlamışıq, bizdə nə qədər alınıb-alınmayacağını zaman göstərər”. 
 
E.Şıxlı deyib ki, hələki saytın rəsmi olaraq heç bir əməkdaşı yoxdur:
 
 
 
"İki-üç nəfərlə yola çıxmışıq. Onlar da mənimlə çalışan adamlardır. İşin gedişatından asılı olaraq, imkan olduqca, əməkdaş toplamağa çalışacam”.

loading...