Yuxarı
loading...
loading...

Ollanddan Türkiyəyə qarşı ağlasığmaz ittiham

13.03.2018 14:34 Oxunma sayı: 1284


Hazırda Şərqi Qutada baş verənlərə görə üzərimdə məsuliyyət hiss edirəm.

Bunu “Le Monde” qəzetinə müsahibəsində Fransanın eks-prezidenti Fransua Olland deyib.

“2013-cü ilin avqustunda Əsədin ordusu Şərqi Qutaya zarin bombaları atanda ABŞ ona cavab zərbəsi endirmək yerinə Rusiya ilə kimyəvi silahların məhvinə dair danışıqlara üstünlük verdi. Biz də onlara baxıb hərəkət etdik. Qərbin zəifliyi ucbatından Suriya rejimi çox uzağa getdi. Rusiyanın buradan dərs götürməməsi Donbas və Krımın anneksiyasına səbəb oldu. Rusiya neçə ildir davamlı olaraq silahlanır və əgər o təhdid edirsə, demək ki, özü də təhlükə altındadır. Ankaraya bizim Suriyadakı müttəfiqlərimizi (YPG nəzərdə tutulur – red.) bombardman etməyə izn verməklə Moskva NATO daxilində parçalanma yaratmaq istəyir. Hazırda bu iki ölkə Suriyanı bölmək istəyir”, – deyə o bildirib.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan Suriyanın ərazi bütövlüyünə hörmət etdiklərini dəfələrlə bəyan edib və "Zeytun budağı" əməliyyatının terrorizmə qarşı olduğunu bildirib.


loading...