Yuxarı
loading...
loading...

Türkiyədə deputatlar arasında növbəti kütləvi dava VİDEO

13.03.2018 14:51 Oxunma sayı: 1490


Türkiyə Böyük Millət Məclisində deputatlar arasında kütləvi dava olub.

Insident seçki ittifaqının qanuniləşdirilməsinin müzakirəsi zamanı baş verib.

Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatlar arasında baş verən mübahisədən sonra kütləvi dava başlayıb.

Davadan sonra CHP-nin İzmirdən olan deputatı Musa Çam cəzalandırılıb. Belə ki, deputatın üç iclasa buraxılmaması barədə qərar çıxarılıb.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində əvvəllər də belə qalmaqallar yaşanıb.


loading...