Yuxarı
loading...
loading...

Türkiyənin dünyanı qorxuya salacaq YENİ SİLAHLARI

13.03.2018 11:54 Oxunma sayı: 1366


Türkiyə mühəndisləri daha bir uğurlu işə imza atıb.

Türkiyə Hava Qüvvələrinin xidmətindəki ən güclü bombalardan olan bir tonluq “MK-84”lərə lazer əlavə edilib.

ASELSAN-nın istehsal etdiyi texnologiya ilə nəhəng bombalar artıq çox yüksək həssaslıqla hədəfi vura biləcək və hərəkətdə olan hədəflərə qarşı da istifadə olunacaq.

Bombanın düşdüyü ərazidə 11 metr dərinliyində, 5 metr genişlikdə çuxur əmələ gəlir.

ASELSAN daha əvvəl 500 kq çəkisi olan “MK-82” bombaları üçün lazer texnologiyası hazırlamış və bu silahın seriyalı istehsalına başlamışdı.


loading...