Yuxarı
loading...
loading...

Ayselin “Eurovision 2018” mahnısı DƏYİŞDİRİLƏCƏK - VİDEO

13.03.2018 11:44 Oxunma sayı: 1295


Azərbaycanı bu il “Eurovision” müsabiqəsində təmsil edən Aysel Məmmədovanın “X my heart” adlı mahnısına dəyişiklik ediləcək.

Bu barədə A.Məmmədova “İnfe Azerbaijan” feysbuk səhifəsi məlumat verib. Ayselin sözlərinə görə, Yunanıstanda baş tutan məşqlərdən sonra ingilis prodüser Tim Branın təklifi ilə mahnıda kiçik dəyişiklik olunmasına qərar verib. Bundan sonra mahnımızın giriş hissəsi daha elektronik səslənəcək.

Kompozisiyaya dəyişiklik edilməsinin səbəbi mahnının sosial şəbəkələrdə tənqid edilməsi olub. Çoxları hesab edir ki, bu mahnı Ayselə uğur gətirməyəcək. Bununla yanaşı bukmeykeylər də Azərbaycanı 10-luğa düşməyəcəyini proqnozlaşdırıb.

“X my heart” mahnısı məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəridir. Hər iki müəllif müxtəlif illərdə “Eurovision” mahnı müsabiqəsində qalib olub. 2016-cı ildə D.Kontopulos və 2011-ci ildə S.Byurman qalib seçilib. Mahnı Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.

Lissabonda keçiriləcək adıçəkilən müsabiqənin birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12 may tarixində baş tutacaq.


loading...