Yuxarı
loading...
loading...

Sərnişin təyyarəsinin qəzaya düşmə səbəbi bəlli oldu – FOTO

12.03.2018 20:19 Oxunma sayı: 1393


14:27

Nepalın paytaxtı Katmandu şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qəzaya uğrayan təyyarənin Banqladeşə məxsus olduğu bildirilib.

“Bombardier Dash 8 Q400” tipli təyyarənin Katmandu hava limanına eniş zamanı nəzarəti itirdiyi bildirilib. Eniş zolağına düşə bilməyən təyyarə hava limanının şərqindəki futbol meydançasına çırpılıb və yanmağa başlayıb.

Xilasedicilər 17 nəfərin xəstəxanaya çatdırıldığını bildirib. Qəza nəticəsində həlak olanların olduğu bildirilsə də, məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

***

“Röyters”in məlumatına görə, Nepalın paytaxtı Katmandunun Tribhuvan hava limanında “US-Bangla Airlines” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ən azı 50 nəfər həlak olub.

***

Katmandudakı təyyarə qəzasının baş verməsinə ekipajın səhvi səbəb olub.

Pilot şimal istiqamətindən eniş etmək əvəzinə, şimal-şərqdən enməyə başlayıb. Bu isə təyyarənin enişi üçün münasib olmayıb.


loading...