Yuxarı
loading...
loading...

Bakı Ankaradan 10 cinayətkarı tələb etdi

10.03.2018 15:27 Oxunma sayı: 1488


Türkiyə 2017-ci ildə 80 ölkədən 389 cinayətkarın ekstradisiyasını tələb edib.

Bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Ekstradisiyası tələb edilənlərdən 251-i terrorda, 138-i isə digər cinayətlərdə ittiham olunub.

Ankaranın bu tələblərinin keçən il ərzində yalnız 80-ni qarşılanıb. Türkiyəyə keçən il ərzində həmçinin Azərbaycandan 4 cinayətkar ekstradisiya olunub.

2017-ci ildə Türkiyəyə 18 ölkədən 50 ekstradisiya tələbi gəlib. Tələb edilən şəxslərin 11-i terrorizmdə, 39-u isə digər cinayətlərdə ittiham olunub. Ankaradan cinayətkarların ekstradisiyasını tələb edənlər sırasında Azərbaycan da yer alıb. Rəsmi Bakı Ankaradan 10 nəfərin ekstradisiyasını tələb edib və bununla da Türkiyədən ən çox cinayətkarın ekstradisiyasını tələb edən ölkələr sırasında ilk yerə yüksəlib.

Hələlik, Türkiyə Azərbaycanın tələb etdiyi bir şəxsi ekstradisiya edib.


loading...