Yuxarı
loading...
loading...

Türkiyənin tanınmış modelləri Bakıya gəlir

17.02.2018 19:22 Oxunma sayı: 1402


Dünyanın tanınmış modellərinin iştirakı ilə Türkiyənin ən böyük moda festivalına təşkilatçılıq edən “Dosso Dossi Fashion Show” bu dəfə Azərbaycanda moda festivalı keçirəcək.

Tədbirin martın 1-3-də Bakı Ekspo Mərkəzdə təşkili nəzərdə tutulur.

Dəfilədə Türkiyənin 40 şirkətinin məşhur modelləri türk dizaynerlərinin 2018-ci ilin yaz-yay geyimlərini nümayiş etdirəcəklər.

Dəfilədən sonra konsert təqdim ediləcək.

"Dossa Dossi Fashion Show" holdinqin idarə heyətinin sədri Hikmət Eraslan ölkədən kənarda ilk tədbirin qardaş Azərbaycanda keçirilməsindən məmnunuq hissi duyduğunu deyib.


loading...