Yuxarı
loading...
loading...

Türkiyədən əməliyyatla bağlı yayılan xəbərə Sərt reaksiya

17.02.2018 16:26 Oxunma sayı: 1423


Türkiyə “Zeytun budağı” əməliyyatında kimyəvi qazlardan istifadə etməyib.

Bu sözləri “Röyters”ə açıqlamasında adını açıqlamayan türkiyəli diplomat deyib. O bildirib ki, Türkiyənin kimyəvi silahdan istifadə etməsi ilə bağlı yayılan xəbərlər “qara təbliğat”dır:

“Türkiyə “Zeytun budağı”əməliyyatı zamanı mülki vətəndaşlara xəsarət yetirməmək üçün son dərəcə ehtiyatlı davranır. Heç vaxt kimyəvi silahdan istifadə etməmişik. Bu barədə yayılan bütün iddialar əssassızdır”.

Qeyd edək ki, Suriyadakı kürd qüvvələri və Suriya İnsan Haqqları Rəsədxanası türk ordusunun “Zeytun budağı” əməliyyatı zamanı vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsi ilə bağlı yalan məlumat yayıb.


loading...