Yuxarı
loading...
loading...

Gürcüstanda qızılca epidemiyası təhlükəsi var

17.02.2018 12:42 Oxunma sayı: 1416


Gürcüstanda qızılca epidemiyası təhlükəsi var.
 
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
 
O deyib ki, bu xəstəliyin yayılma təhlükəsini ictimaiyyətdən gizlətməyin mənası yoxdur. Artıq ölkədə 268 qızılca xəstəsi qeydə alınıb. Xəstəlik əsasən Acariyada yayılıb. Qeydə alınan qızılca xəstələrinin 70 faizi Acariyadadır. Xəstələrin sayı paytaxt Tbilisidə də durmadan artır.
 
A.Qamkrelidze əhalini özlərini və yeni nəsli müdafiə etmək üçün peyvənd vurdurmağa çağırıb. Bildirib ki, ölkədə uşaqların çoxuna qızılcaya qarşı peyvənd vurulmayıb. Hazırda uşaq bağçaları və məktəblərdə uşaqların peyvənd olub-olmaması araşdırılır.
 
Onun sözlərinə görə, Gürcüstanda 20-40 yaş arasında insanlara, xüsusən də qadınlara qızılcaya qarşı peyvənd vurulmayıb. "Ana olmaq istəyən qadınlara xüsusilə peyvənd vurulmalıdır ki, onlar dünyaya sağlam uşaq gətirə bilsinlər”, - deyə A.Qamkrelidze vurğulayıb.


loading...