Yuxarı
loading...
loading...

Həbsdə olan şair məhkəməyə müraciət etdi

19.01.2018 17:49 Oxunma sayı: 1343


Həbsdə olan yazıçı-şair Saday Şəkərli vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

şair müraciətini Nizami rayon Məhkəməsinə təqdim edib.

Vəkili Fəxrəddin Mehdiyev qeyd edib ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub, ona verilən 5 il həbs cəzasının iki ilini çəkib: “Onun indiki halda azadlığa buraxılması mümkündür”.

Şairin ərizəsi məhkəməyə təqdim olunsa da, işə hansı hakimin baxacağı və məhkəmənin vaxtı hələlik məlum deyil.


loading...