Yuxarı
loading...
loading...

Musiqi əməliyyat ağrılarını yox edir-

19.01.2018 15:46 Oxunma sayı: 1171


İngiltərədəki “Queen Mary Universiteti”nin elm adamlarının araşdırmasında 7 mindən çox xəstənin məlumatları toplanıb. Bəziləri musiqinin ağrı kəsici, bəziləri isə rahatlaşdırıcı təsirinin olduğunu deyib.

Əməliyyat əsnasında, əvvəl və sonrasında musiqi dinləmək ağrıları yüngülləşdirdiyi üçün xəstələrə daha az ağrı kəsici verilir.

Elm adamları, ümumi anesteziya zamanı belə musiqinin müsbət təsirlərini müşahidə edib.

Mütəxəsislər tərəfindən musiqinin ən ucuz və etibarlı bir ağrıkəsici vasitə olduğu vurğulanır.

Araşdırmanın nəticələri “Lancet” jurnalında nümayiş olunub.


loading...