Yuxarı
loading...
loading...

Bir şəhərin faciəsi FOTO

19.01.2018 14:45 Oxunma sayı: 1426


Bu gün Leninqrad (indiki Sankt-Peterburq) blokadasının yarılmasından 75 il ötür.

Leninqradı zəbt etmək almanların strateji və siyasi məqsədlərində mühüm yer tuturdu. Müharibənin ilk günlərindən Leninqrad ətrafında bir neçə zolaqdan ibarət müdafiə sistemi yaradıldı. Müdafiə sədlərinin tikintisində şəhərin 100 minlərlə sakini iştirak edirdi. Sovet qoşunlarının müqavimətinə baxmayaraq alman qoşunları 1941-ci il sentyabrın 8-də Leninqradın qurudan yolunu kəsməyə nail oldular.

Şəhərin blokadası başlandı. Şəhərlə əlaqə yalnız Ladoqa gölü və hava vasitəsi ilə saxlanılırdı. Hitler komandanlığı şəhəri bombardman edir və atəşə tuturdu. Blokada yalnız 1943-cü ilin yanvarında yarıldı. Həmin ay Leninqrad və Volxov cəbhələrinin birgə əməliyyatları ilə 8-11 km enində "dəhliz" açıldı ki, şəhər də bu dəhlizdən təchiz edilirdi.

Blokada qəti olaraq 1944-cü ilin yanvarında götürüldü.

29 ay davam edən blokada zamanı şəhər öz tarixinin ən ağır günlərini yaşadı.

3 milyonluq şəhər əhalisindən yalnız 1 milyonu mühasirədən sağ çıxmağı bacarmışdı.

Kimisi xəstəlikdən, kimisi döyüşlərdən və böyük əksəriyyəti də aclıqdan dünyasını dəyişmişdi.

Həmin dövrü bütün çılpaqlığı ilə göstərən fotoları təqdim edirik:


loading...