Yuxarı
loading...
loading...

Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olundu -

18.01.2018 23:44 Oxunma sayı: 1182


Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun bu ölkənin aparıcı qəzetlərindən olan “Correio Braziliense” və “EmbassyBrasilia” elektron jurnalında “Azerbaijao: 28 anos se passaram desde o Janeiro Negro” (“Azərbaycan: Qara Yanvardan 28 il ötür”) adlı məqaləsi dərc edilib.

Səfirlikdən  bildiriblər ki, məqalədə Azərbaycan xalqının ötən əsrin 90-cı illərində müstəqillik uğrunda apardığı mübarizə və sovet ordusu tərəfindən xalqımıza qarşı törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan tarixinə Qara Yanvar kimi yazılan bu qanlı hadisəyə birinci siyasi qiymət verən ulu öndər Heydər Əliyev olub. Məhz Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi qiymət verməsi bu hadisənin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.

Həmçinin məqalədə 20 Yanvar günü milyonlarla Azərbaycan vətəndaşının Şəhidlər xiyabanını ziyarət etdiyi və müstəqillik uğrunda canından keçmiş insanların xatirəsini ehtiramla andığı bildirilir.

Məqalənin sonunda səfir Elxan Poluxov Azərbaycan ilə Braziliya arasında dost münasibətlərdən bəhs edərək, ölkələr arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, “Correio Braziliense” qəzeti və “EmbassyBrasilia” elektron jurnalı Braziliya paytaxtında dərc edilən ən iri gündəlik kütləvi informasiya vasitələridir və geniş oxuyucu kütləsinə malikdirlər.


loading...