Yuxarı
loading...
loading...

İŞİD liderinin gizləndiyi yer məlum oldu IDDIA

18.01.2018 20:36 Oxunma sayı: 1347


İraq və Suriyada İŞİD terror təşkilatının böyük ölçüdə dağıdılmasına baxmayaraq, onun lideri Əbubəkr Başdadinin aqibəti hələ də bilinmir.

“Anadolu” agentliyi xəbər verir ki, İŞİD lideri ilə bağlı zaman-zaman səsləndirilən iddialara daha biri əlavə olunub.

Araşdırmaçı və təhlükəsizlik mütəxəssisi Səid əl-Ceyyaşi “Anadolu”nun müxbiri ilə söhbətində qeyd edib ki, Bağdadinin Suriyada - İraq sərhədinə yaxın və hələ də İŞİD-in nəzarətində olan bir bölgədə yaşadığı ehtimal edilir. Onun sözlərinə görə, Bağdadi təşkilata rəhbərlik imkanlarını itirdiyi üçün hazırda “xəlifə” postunun boş olduğuna dair iddialar səsləndirilir.

Silahlı təşkilatlar üzrə mütəxəssisi Hişam əl-Haşimi isə İŞİD liderinin hələ də İraq torpaqlarında olduğunu düşünür.

“Dəqiq olmayan kəşfiyyat hesabatlarına görə, Bağdadi Səlahəddin vilayətinin Sirsar bölgəsindədir”, o deyib.


loading...