Yuxarı
loading...
loading...

Tramp yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq

13.12.2017 18:44 Oxunma sayı: 1220


ABŞ Prezidenti Donald Tramp dekabrın 18-də yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq.
 

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib.
Sənəd dörd əsas maddədən ibarət olacaq: amerikalıların müdafiəsi, ABŞ-ın rifahının gücləndirilməsi, "güc vasitəsilə sülhün qorunması” və Amerikanın təsirinin artırılması.
"Geosiyasət geri qayıdıb, özü də ikiqat güclə qayıdıb”, – müşavir vurğulayıb.
Bu strategiyada həmçinin amerikalılara və onların maraqlarına təhlükələr müəyyən ediləcək. Belə təhlükələr sırasında Rusiya, Şimali Koreya və İranın qeyd ediləcəyi gözlənilir.


loading...