Yuxarı
loading...
loading...

Yaponiyalı alim insanı sürətlə qocaldan QİDALARI AÇIQLADI

13.12.2017 17:55 Oxunma sayı: 1446


Yaponiyalı həkimi, cərrah, sağlam həyat tərzinə həsr olunmuş bir neçə bestsellerin müəllifi və məşhur hastroenteroloq Hiromi Şinya xəstəliklərin yaranma səbəblərini və insanı sürətlə qocaldan əsas amilləri izah edib.

Xarici mətbuat oxucuları təcrübəli həkimin sağlam qidalanmanın əsas qaydaları və sağlamlığın bərpası üçün verdiyi tövsiyələrlə tanış edib.

Hiromi Şinyanın qırxillik uğurlu təcrübəsi və xüsusi düzgün qidalanması nəzəriyyəsi imkan verir ki, çəkini nəzarətdə saxlayaq. Onun düzgün qidalanma proqramı haqqında yazdığı "Sehrli enzim" və ya “Sağlam qidalanmanın zərəri haqqında" kitabları Kevin Klyayn, Stinq Dastin Hoffman, Yaponiya eks-naziri Nakasone, Nobel mükafatı laureatı Leon Esaki və bir çox digər xəstələrə sağalmağa kömək edib. O, iddia edir ki, həkimlik təcrübəsi ərzində heç bir xəstəsi ölməyib. Yaponiyalı həkimin sözlərinə görə, sağlam və gümrah olmaq üçün ilk növbədə zərərli vərdişlərdən qurtulmaq, habelə sağlam həyat tərzi haqqında ümumi tövsiyələrə yenidən baxmaq lazımdır.

Hiromi Şinyanın araşdırmalarına görə, insan heyvan mənşəli məhsullarla qidalanmağa nə qədər tez başlasa, bir o qədər tez ağrımağa başlayır. Doktor bildirib ki, xüsusilə südə diqqət yetirmək lazımdır. Çünki bu məhsulun tərkibində saxlanılan oksidləşmiş piylər bağırsaqda zərərli bakteriyaların sayını artırır və bununla da onun mikroflorasına zərər verir. Nəticədə o yoğun bağırsaqda sərbəst radikallar, hidrogen sulfid və ammiak kimi elementlər yaranır. Dolayısıyla süd təkcə müxtəlif allergiya növləri deyil, həm də əsasən uşaqlarda rast gəlinən daha ciddi xəstəliklər (leykemiya, diabet) yaradır.

Sağlam qidalanmanın ümumi prinsipləri

Yarmalar gündəlik qidanın təxminən 50%-ini təşkil etməlidir, meyvə və tərəvəz - 35-40%, 10-15% ət.

Yarmaları təmizlənməmiş yemək lazımdır.

Temperaturu bədənin hərarətindən aşağı olan balıq ətdən daha faydalı və üstündür.

Təzə və emaldan keçməyən məhsullar (imkan dairəsində təbii halda) faydalıdır.

Süd və süd məhsullarının istehlakını maksimum məhdudlaşdırmaq lazımdır. Allergiyası olan və ya laktoza daşımayan insanlar ümumiyyətlə, bütün süd məhsullarından imtina etməlidir.

Marqarin yağı və qızartma yeməkdən çəkinmək lazımdır.

Yeməyi yavaş-yavaş çeynəyərək və kiçik porsiyalarla yeməyə çalışmaq lazımdır.

Vərdişlər genlərdən daha güclüdür!

Həkim hesab edir ki, sağlam qidalanma vərdişləri genlərlərimizi yeniləməyə imkan verir.

Suyun əhəmiyyəti

Yaxşı olardı ki, səhər yuxudan duran kimi və hər yeməkdən bir saat əvvəl su içəsiniz. Bu, orqanizmin su tələbatını ödəmək üçün ən yaxşı üsuldur.

Çünki hər 30 dəqiqədən bir su mədədən bağırsaqlara irəliləyərək həzm prosesinə mane olan səbəbləri aradan qaldıracaq. Suyu bu qayda ilə qəbul edin:

Səhər acqarına 500-700 mml;

Səhər yeməyinə bir saat qalmış 500 mml;

Nahara bir saat qalmış 500 mml.

Qışda suyu bir balaca isidib və qurtum-qrutum için ki, orqanizm soyumasın. Çünki enzimlər maksimum 36-40 ° C temperaturda fəal olur, həm də temperaturun hər 0,5 dərəcə artması enzimlərin fəallığının 35% artırılması deməkdir. Qızdırma da adətən buna görə yaranır: Orqanizm hormonları aktivləşdirmək üçün bədən temperaturunu yüksəldir.

Həkim bildirib ki, az-az su içən insanlar tez-tez xəstələnir. Odur ki, çox təmiz, yaxşı su içmək vərdişi - sağlam olmaq üçün əla vasitədir. Su bronxların səthini, mədə seliyini, həmçinin bakteriya və virusların hücumlarına məruz qalmış bağırsaqları nəmləndirir və orqanların qoruyucu xüsusiyyətlərini aktivləşdirərək.

Bədənin su ehtiyatı az olanda selik quruyur. Seliklə bəlğəm mədə və tənəffüs yollarının divarlara doğru yapışaraq bakteriya və viruslar üçün münbit mühit yaradır.

Su təkcə qanın tərkibinə deyil, həm də limfaların tərkibinə daxil olur. Əgər qan damarlarını çayla müqayisə etsək, limfa damarlarını orqanizmin kanalizasiya boruları adlandırmaq olar. Onlar orqanizmdə su ilə birlikdə mühüm tənzimləmə funksiyanı yerinə yetirirlər: züllalların çıxarılması və həzm tullantılarının filtrasiyası.

Limfa dövranında qamma hemoqlobin və antibakterial xüsusiyyətlərə malik olan enzim var. Yekun olaraq bu nəticəyə gəlib çıxırıq ki, təmiz su ehtiyacını ödəmədən immun sisteminin normal fəaliyyət göstərməsi sadəcə mümkünsüzdür.

Qeyd etmək laızmdır ki, suyun təmiz olması çox vacib şərtdir. Məsələ ondadır ki, çay, kofe, koka-kola, pivə və sair kimi içkilərdə qan və hüceyrələrdən suyu çıxaran, orqanizmi qurudan maddələr var.

Yaşıl və ya qara çay olmasının da fərqi yoxdur, onların hamısı mədədə dəyişikliklərə atrofiyaya gətirib çıxarır və xroniki qastrit doğurur.

Ət həyat enerjisini artırmır. Ət nəinki inkişafı, həm də qocalma prosesini sürətləndirir.

60 kq çəkisi olan insanın gündəlik zülal ehtiyacı 60 qramdır. İnsan nə qədər tez heyvan mənşəli məhsulları ilə qidalanmağa başlayırsa, bir o qədər də tez xəstələnir.

Yadda saxlayın ki, dərmanlar nə qədər tez təsir göstərirsə, bir o qədər zərərlidir. Çünki tərkibində toksin maddələri çoxdur.


loading...