Yuxarı
loading...
loading...

İş adamı ölümündən əvvəl "Həyata vida" partisi verdi - .. ŞOK

13.12.2017 16:33 Oxunma sayı: 1492


Ölümcül xəstəliyə tutulan yaponiyalı iş adamı Satoru Anzaki iş yoldaşlarını, tələbəlik dostlarını və əzizlərini bir yerə yığaraq “Həyata vida" partisi verib.

Dünya mediasının diqqətini çəkən iş adamı, bununla həyatında olan hər kəsə minnətdarlıq etmək istədiyini deyib.

Ümumilikdə partidə 1000 nəfərə yaxın insan iştirak edib. Satoru onların hər biri ilə bir-bir görüşüb, əl sıxışdırıb təşəkkür edib:

“Həyatım boyunca mənim yanımda olduğunuz üçün sizə təşəkkür edirəm. Bu partini təşkil etməkdə məqsədim çox zamanımın olmamasıdır. Hər birinizə ayrı-ayrı təşəkkür etməyə zamanım yetməyə bilərdi. Qalan zamanımı mümkün qədər maraqlı yaşamaq üçün müalicədən imtina etdim. Varlığınız üçün çox sağ olun".

Satoru tədbirin duyğusal yükünü azaltmaq məqsədilə hüzünlü musiqilərin səsləndirilməsinə icazə verməyib.

Xatırladaq ki, iş adamı xərçəng xəstəliyindən əziyyət çəkir. O, yaşının çox olması səbəbindən ömrünün geri qalanını xəstəxanada deyil, ailəsi və yaxınları ilə birlikdə keçirmək üçün müalicəsindən imtina edib.


loading...