Yuxarı
loading...
loading...

Azərbaycana gətirilən avtomobillərin sayı artıb

13.12.2017 14:44 Oxunma sayı: 1399


Bu ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 9 828 ədəd avtomobil idxal olunub.
 

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikada xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5 008 ədəd avtomobil və ya 2,04 dəfə artıb.
Ölkəyə gətirilən avtomobillərin 169 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 577 ədədi adamların daşınması üçün nəzərdə tutulmuş avtomobillər və digər motorlu nəqliyyat vasitələri, 1 014 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 68 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.


loading...