Yuxarı
loading...
loading...

Saakaşvili tərəfdarlarına polis hücumu VİDEO

06.12.2017 09:56 Oxunma sayı: 1516


Kiyevdə Marinski parkı yaxınlığında Mixail Saakaşvili tərəfdarlarının düşərgəsinə hücum olub.

Bu barədə informasiyanı “Pravda.com.ua” saytı yayıb. Sayt hücumun hüquq-mühafizə orqanları tərəfindən səhər 06:00 radələrində gerçəkləşdirildiyini bildirib. Hücum nəticəsində bir neçə nəfərin xəsarət aldığı vurğulanıb.

Hazırda aktivistlər çadır düşərgəsini gücləndirirlər. Deputat Semen Semençenko çadır düşərgəsinin mühafizəsi ilə bağlı özünümüdafiə instruksiyası paylamağa başlayıb.

Qeyd edək ki, Saakaşvili hazırda düşərgə ərazisində yox, “Kiyev” mehmanaxasında qalır.


loading...