Yuxarı
loading...
loading...

Lenini basdıraq, Stalini isə... Kadırov

21.11.2017 18:13 Oxunma sayı: 1296


İosif Stalinin qalıqlarını Gürcüstana vermək lazımdır.

Bunu “İnterfaks” agentliyinə müsahibəsində Çeçenistan lideri Ramzan Kadırov söyləyib.

“Mən dəfələrlə Leninin dəfn edilməsi gərəkdiyini demişən. Onun mavzoleydə saxlanmasının mənə isti-soyuğu yoxdur. SSRİ-nin keçmiş lideri kimi onu torpağa tapşırıb, layiq olduğu heykəli qoymaq lazımdır. Gürcüstan SSRİ-nin bir hissəsi olub. Stalinin Gürcüstanda dəfn olunmasına imkan versək, məntiqli və ədalətli olardı. Bundan sonra milyonlarla rusiyalı Stalinin ruhunun ölkəni tərk etməsini öyrənib rahat nəfəs ala biləcəklər. Nikita Xruşşovun isə xatirəsini əbədiləşdirmək lazımdır. Məncə, Rusiya Xruşşovu xatırlamalıdır. O, çeçen və inquşlara qarşı ədalətin bərpa edilməsində mühüm rol oynayıb”, – deyə o bildirib.

Kadırov Çeçenistanın dünyada terrorizmə qalib gələn yeganə ölkə olduğunu söyləyib:

“Çeçenistan bütün teraktların qarşısını almaq gücündədir. Ölkədə terrorizm üçün sosial baza yoxdur. Lakin bizim gənclərimizi təsir altına salmaq cəhdləri davam edir. Bunun arxasında Qərb xüsusi xidmət orqanları dayanır”.


loading...