Yuxarı
loading...
loading...

Ötən ay 1158 nəfər sərhəddən buraxılmadı

21.11.2017 16:18 Oxunma sayı: 1359


Bu ilin oktyabrında Azərbaycan dövlət sərhədini pozduğuna görə 39 nəfər saxlanılıb. Onların 6 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Özbəkistan, 6 nəfəri Tacikistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Pakistan, 1 nəfəri Rusiya, 1 nəfəri Moldova, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Şri-Lanka, 1 nəfəri Hindistan vətəndaşı olub.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən  bildirilib ki, sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılıb, barələrində müvafiq tədbirlər görülüb.
Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını poz­mağa görə 2168 nəfər -  ölkədən çıxışı qadağan olunduğuna görə 1158, ölkəyə girişi qadağan olunduğuna görə 117, vizası olmadığına görə 302, vizasının və pasportunun müddəti bitdiyinə görə 152, müvafiq sənədi olmadığına görə 95, ölkədə müddətdən artıq qaldığına görə 161, etibarnaməsi olmadığına görə 183 nəfər dövlət sərhədindən  buraxılmayıb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 478 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə təd­birləri nəticəsində 1 kq 758,88 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 269 min 310 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd RQD-5 əl qum­barası,  2 ədəd qayıq, 1 ədəd xəncər, 35000 ABŞ dolları, 2190000  Rusiya rublu, 4769 qutu pirotexniki vasitə, 931 qutu siqaret, 131 ədəd mobil telefon, 3854 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.


loading...