Yuxarı
loading...
loading...

Azərbaycanda hamilə qadında xərçəng tapıldı - 2 övladını faciəvi şəkildə itirib, 3-cü uşağı gözləyir...

21.11.2017 15:14 Oxunma sayı: 1288


Azərbaycanda hamilə qadında xərçəng xəstəliyi aşkarlanıb.
 
Nadir hallarda rast gəlinən patologiya 1983-cü il təvəllüdlü Mehriban Quliyevada (ad-soyad şərtidir – red.) tapılıb. 
 
Xəstəni müayinə edib, süd vəzisində törəmə olduğundan şübhələnən və biopsiya götürən mama-onkoloq Rəna Abdulayeva  bildirib ki, şübhələri əsassız çıxmayıb. M. Quliyeva ilə söhbət zamanı məlum olub ki, o, bir gündə iki azyaşlı uşağını faciəvi şəkildə itirib. Dərdinə dərman kimi yenidən dünyaya övlad gətirmək istəyən qadın hamiləliyinin 5 ayında ikən süd vəzində ağrılar müşahidə edib. Həkimə müraciət edib və müayinələrdən sonra xərçəng olduğu aşkarlanıb. Həkimlər hamiləliyin şişi böyütdüyünü və daha da aktivləşdirdiyini güman edir. 
 
Mütəxəssislərin sözlərinə görə, süd vəzinin tam mastektomiyası əməliyyatı qadın elə hamilə ikən olunmalıdır. Sonrakı taktika isə əməliyyatdan sonra müəyyənləşdiriləcək. 
 
R. Abdullayeva əlavə edib ki, ana və uşağın həyatını xilas etmək üçün hər şey ediləcək.
 
Məlumat üçün bildirək ki, 10.000 hamilədən birində rast gəlinən xəstəlik zamanı həkimləri çətin vəziyyətdə qoyan səbəb bətndəki körpə olur. Törəmə hamiləlik zamanı daha da aktivləşir və həkimlər həm ananı, həm də körpəni xilas etmə yolları axtarırlar.
 
 
 

loading...