Yuxarı
loading...
loading...

“Çelsi”nin azarkeşləri oyunu izləməkdən imtina etdi

18.11.2017 23:25 Oxunma sayı: 1299


“Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsinin son ev oyununda “Çelsi” onlara ayrılmış biletlərin bir hissəsindən imtina edib.

Bu barədə məlumatı “Qarabağ” futbol klubunun rəsmi səhifəsi qeyd edib.

Məlumata görə, klub oyuna olan böyük marağı nəzərə alaraq, həmin biletləri, yəni 308 və 309-cu sektorları bu gündən etibarən satışa çıxarıb. Təxmini sayı 1000 olan bileti azarkeşlər Heydər Əliyev Sarayının kassasından, “ASAN xidmət” mərkəzlərindən, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki Qarabağ Futbol Klubunun fan-şopundan, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyli küçəsi 69x ünvanındakı satış məntəqələrindən ala bilərlər.


loading...