Yuxarı
loading...
loading...

Azərbaycanlılar Həcc pulunu kürdlərə göndərdilər

18.11.2017 18:58 Oxunma sayı: 1363


Qərbi Azərbaycan idmançıları Kirmanşahda zəlzələdən zərər çəkənlərə 1 milyard İran rialı yardım ediblər.

Zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində azərbaycanlı idmançılar 1 milyard İran rialı və 4 TIR lazımi ləvazimatı Kirmaşah bölgəsinə yardım üçün göndəriblər.

Bu kompaniyanın təşkili üçün azərbaycanlı idmaçı gənclər və Qərbi Azərbaycan idman komitəsinin üzvləri maaşlarının yarısını sərf ediblər.

İdmançılardan əlavə, azərbaycanlı bir cütlük Həcc səfəri üçün yığdıqları pulu da yardım kampaniyasına bağışlayıb.

Qeyd edək ki, bir müddət əvvəl PJAK (PKK) terrorçuları sərhəddə xidmətdən evlərinə qayıdan 8 azərbaycanlı sərhədçini qətlə yetirmişdilər.


loading...