Yuxarı
loading...
loading...

ABŞ-dan Kremlə mesaj: “Təkbaşına savaşacağıq”

18.11.2017 13:36 Oxunma sayı: 2153


Əgər BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi silah tətbiqində günahkar olanlara münasibətdə vahid mövqe ortaya qoya bilməsə, ABŞ Suriyadakı ədalət uğrunda mübarizəni təkbaşına aparacaq.

Bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib.

“Rusiyanın son həftələrdəki fəaliyyəti Suriyadakı kimyəvi hücumlara görə cavabdeh olanların məsuliyyətə cəlb edilməsi cəhdlərini məhv etməyə yönəlib. Mən Suriyada kimyəvi silah hücumu nəticəsində ölən uşaq, qadın və kişilərdən üzr istəyirəm. ABŞ onların doğmaları üçün ədalətin bərpa olunmasına çalışacaq və heç vaxt təslim olmayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya bundan öncə ABŞ-ın BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı təqdim etdiyi qətnaməyə veto qoyub.


loading...