Yuxarı
loading...
loading...

Xalq artistimizin vəziyyəti ağırlaşdı: Zeynəb Xanlarova nazirlərə müraciət etdi

17.11.2017 15:10 Oxunma sayı: 3438


"Ataların bir sözü var. "Desəm öldürərlər, deməsəm ölləm!". Mən dinəcəm. Mədəniyyətimizə, incəsənətimizə böyük töhfələr verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O, elə bir sənətkardır ki, Babəki, Nəsimini yaradıb. Amma həkim aktyora dərmən yazıb, onu almağa pulu yoxdur".

Bunu Milli Məclisin noyabrın 17-də keçirilən iclasında çıxış edən deputat Zeynəb Xanlarova deyib.

Deputat üzünü Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinə tutaraq deyib:

"Bunlar niyə bu məsələyə baxmırlar?! Artıq canda can qalmayıb. Niyə buna əncam qılmırlar?! Mən millətin adından xahiş edirəm ki, onunla məşğul olsunlar. Rasim Balayevin aldığı pul nədir ki, dərmanlara versin? Mən xahiş edirəm Oqtay müəllim, siz də, bizim hamımız da bu böyük sənətkara kömək olaq".


loading...