Yuxarı
loading...
loading...

"Elə kişi müğənnilər var ki, 20 manata..." - Tanınmış prodüser

17.11.2017 12:00 Oxunma sayı: 1740


Tanınmış prodüser, “N brothers” qrupunun rəhbəri Namiq Qafarov sükutu pozub.

Prodüser şou aləmdə qrupla bağlı gəzən söz-söhbətlərə də aydınlıq gətirib:

Danışırlar ki, guya, “N brothers” qrupu dağılıb, yalan söhbətdir. Biz yenə də bir yerdə fəaliyyət göstəririk. Sadəcə olaraq, efirə çıxmırıq. “N brothers” Azərbaycanda ən qocaman qrupdur. Mən heç bir telekanala yalvaran deyiləm ki, bizi efirə çağırsın. Söz də düşəndə deyirlər qrup böyükdür, verilişdə çox yer tuturlar”.

N. Qafarov Azərbaycanda şou-biznesin “Şamaxinka”dan o tərəfə keçə bilmədiyini də deyib:

“Azərbaycanda şou-biznes yoxdur, toy biznesi var. Şou-biznes “Şamaxinka”dan o yana keçə bilməyib. Toy tutmaq, gündəmdə qalmaq üçün də bütün günü qalmaqal, dedi-qodu edirlər. Xanım müğənnilər var ki, özünə sponsor tapır, pullu kişinin hesabına kef edir. Amma bunu hamısına aid etmək olmaz. Elə xanım müğənnilərimiz var ki, həqiqətən də alın təri hesabına pul qazanır. Bu gün əvvəlki kimi toylardan qazanc da götürmək olmur. Elə kişi müğənniləri var ki, 20 manata da toya gedir. Neyləsin, o da dolanmalıdır. Amma bahalı avtomobil sürür. Onları qınamaq da olmaz. Çünki toy sahibi əvvəlcə müğənninin bahalı telefonuna, sürdüyü avtomobilin markasına baxıb, qiymət danışır. Buna görə də müğənni məcbur qalıb, kreditə bahalı maşın götürür, bahalı telefondan istifadə edir”.


loading...