Yuxarı
loading...
loading...

Rusiya hərbi texnikasını Belarusdan çıxarır

21.09.2017 17:37 Oxunma sayı: 1461


Rusiya Qərb-2017 təlimlərinə cəlb olunmuş hərbi texnikanı Belarusdan çıxarmağa başlayıb.

Bu barədə Belarusun “Azadlıq radiosu” informasiya yayıb.

Məlumata görə, Belarusun “Veraitsı” dəmiryolu stansiyasında hərbi texnikaların vaqonlara yüklənməsi prosesi gedir. Müxtəlif modifikasiyalı 50 tankdan artıq 37-si qatarlara yüklənib. Yükləmə prosesinin 12 saata qədər vaxt apardığı bildirilib.

Qeyd edək ki, rus tankları sentyabrın 20-də poliqonları tərk edərək dəmiryolu vağzalına gəlib.


loading...